Rusiya bizə deyir ki, bunu etsəniz, qazı kəsəcəyik Vuçiç

11.10.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bizə Yeni ilə qədər qaz müqaviləsi təklif etdilər və mən dedim ki, bu bizim üçün çox məyusedici xəbərdir.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“Biz maya qədər müqavilə bağlamalı idik. Niyə yeni ilə qədər? Çünki onlar (Rusiyanın “Qazprom” şirkəti red.) bizə demək istəyir: əgər siz “Naftna Industrija Srbije” (NİS) şirkətini milliləşdirəcəksinizsə və ya başqa bir şey edəcəksinizsə, biz dekabrın 31-də qaz təhcizatını kəsə bilərik", - Vuçiç söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью