Rusiya BMT TŞdən Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib

08.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya BMT Təhlükəsizlik Şurasından Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib.

Bu barədə TASS-a BMT-dəki mənbə bildirib.

Qeyd edək ki, Suriyanın Moskvadakı səfirliyi həmişəki kimi fəaliyyət göstərəcəyini bəyan etsə də, diplomatik nümayəndəliyin binasının üzərindəki dövlət bayrağı götürülüb. Diplomatik nümayəndəlik hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью