Rusiya BMTdə Ukraynanın məsələsini qaldıracaq

20.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya BMT Təhlükəsizlik Şurasının cümə günü keçiriləcək iclasında Kursk vilayətinin Rılsk şəhərinə raket hücumları mövzusunu qaldıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Əlbəttə bunu gündəmə gətirəcəyik" - o deyib.

Hazırda Ukrayna ordusunun Rusiya şəhərinə hücumu nəticəsində azı 15 nəfərin yaralandığı barədə məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью