Rusiya BMTnin təcili iclasını çağırdı

08.12.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya BMT Təhlükəsizlik Şurasından Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a BMT-dəki mənbə bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında müxalif qüvvələr Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью