Rusiya bombaladı: Ukraynanın elektrik enerjisi kəsildi

25.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Rusiya Ukraynaya qarşı kütləvi hücum həyata keçirir. Enerji sistemi yenidən hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko "Facebook"da yazıb.

“Düşmən yenidən enerji sektoruna kütləvi hücumlar edir. Enerji sistemi üçün mənfi nəticələrin minimuma endirilməsi üçün istehlakın məhdudlaşdırılması üçün zəruri tədbirlər görülür", - Qaluşenko qeyd edib.

Nazir əlavə edib ki, təhlükəsizlik şəraiti imkan verən kimi energetiklər dəymiş ziyanı müəyyənləşdirəcəklər.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью