Rusiya boru kəmərləri ilə qazın ixracını 15% dən çox artırıb | Icma.az
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Rusiya 2024-cü ildə boru kəmərləri ilə 119 mlrd.
kubmetrdən artıq qaz ixrac edib, bu da illik müqayisədə 15,6% artım deməkdir.
“APA-Economics” xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.
“Boru kəmərlər ilə qazının ixracı 15,6% artaraq 119 milyard kubmetrdən çox, mayeləşdirilmiş təbii qazın (LNG) ixracı isə 4% artaraq təxminən 47,2 mlrd.
kubmetr olub”, - Aleksandr Novak “Enerji siyasəti” (“Energetiçeskaya politika”) jurnalında dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, 2024-cü ildə Rusiyada qaz hasilatı təxminən 685 milyard kubmetrə çatıb, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 7,6% çoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu