“Rusiya Britaniyanı hədəf seçə bilər”

26.08.2026

Azpost saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Endi Bernem Rusiyanın mümkün hücumu ilə bağlı xəbərdarlıq alıb.

Britaniya təhlükəsizlik xidmətlərinin yüksək vəzifəli nümayəndələri Ukraynaya hərbi və siyasi dəstəyinə görə Londonun Rusiya Prezidenti Vladimir Putinin “birbaşa cavabı”na hazır olmalı olduğunu bildiriblər.

Azpost.info bildirir ki, bu barədə çərşənbə günü, avqustun 26-da Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.

Qəzetin mənbələri iddia edir ki, Bernemə xəbərdarlıq Ukraynaya səfərindən sonra verilib. Baş nazir ötən həftə Kiyevdə olub və bu səfər onun vəzifəyə başladıqdan sonra ilk xarici səfəri olub.

Məlumata görə, Britaniya hökumətində Rusiyanın Böyük Britaniyanı mümkün hədəf kimi seçə biləcəyindən narahatlıq yaranıb.

Daily Mail-in yazdığına görə, xəbərdarlıq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya səfərindən sonra verilib. Retkliffin Moskvaya səfəri zamanı bir sıra görüşlər keçirdiyi bildirilir.

Qəzet yazır ki, əvvəllər Moskva Bernemin sələfi Kir Starmerlə müqayisədə Kremlə münasibətdə daha yumşaq mövqe tutacağını gözləyirdi. Lakin Londonun Ukraynaya hərbi dəstəyini davam etdirməsi Rusiyada narazılıq yaradıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Britaniyanın siyasətini kəskin tənqid edib. “Britaniyalılar oda yağ tökürlər”, – Peskov bildirib.

Britaniyada əhaliyə fövqəladə vəziyyətə hazırlaşmaq çağırışı

Bununla yanaşı, Britaniya hökuməti ölkə vətəndaşlarını mümkün fövqəladə vəziyyətlərə hazır olmağa çağıran kampaniyaya başlayıb.

The Guardian-ın məlumatına görə, kampaniya yalnız Rusiya ilə bağlı təhlükələrlə əlaqəli deyil. Avropada bu yay müşahidə olunan güclü istilər də hökumətin hazırlıq tədbirlərinin səbəblərindən biridir.

Britaniya hökumətindən bildirilib ki, ölkənin istənilən fövqəladə vəziyyətə hazır olması təmin edilməlidir.

Təhlükəsizlik strukturlarının yüksək hazırlıq vəziyyətində olduğu və mümkün Rusiya hücumunun həm ölkənin kritik infrastrukturu və təhlükəsizlik obyektlərinə, həm də birbaşa baş nazirə qarşı yönələ biləcəyi ehtimalının nəzərdən keçirildiyi bildirilir.

Daily Mail-in yüksək vəzifəli mənbələrindən biri Rusiyanın Britaniyadakı kəşfiyyat imkanlarına diqqət çəkərək Moskvanın Bernemin Kiyev səfərini izlədiyini iddia edib.

Onun sözlərinə görə, Rusiya “mesajını hərəkətləri ilə çatdırmaq” istəyə bilər. Bununla belə, mənbə Rusiyanın NATO-nun hərbi cavabına səbəb ola biləcək həddən artıq ciddi addımlardan çəkinməli olduğunu bildirib.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью