Rusiya bu 2 şərtə cavab verməyən miqrant uşaqları məktəbə qəbul etməyəcək

11.12.2024

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Rusiya Duması ikinci və üçüncü oxunuşda rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanunu qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin Telegram kanalında bildirib.

Onun sözlərinə görə, uşağın Rusiyada olmasının qanuniliyini yoxlamaq da məcburi olacaq.

“Uşağı məktəbə yazdırmazdan əvvəl onun Rusiya ərazisində olmasının qanuniliyini, habelə rus dilini bilməsini yoxlamaq məcburidir”, – Duma sədri qeyd edib.

Azpost.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью