Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Son günlər Azərbaycanla Rusiya arasında gərginlik müşahidə olunur.
Belə ki, ötən günlərdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edildi.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin səfirlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirdi.
Dünən isə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olundu.
Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırıldı.
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırladıldı.
Bu hadisələrin fonunda Azərbaycan-Rusiya münasibətlərinin aqibəti necə olacaq? Tərəflər daha hansı addımlar ata bilərlər?
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya-Azərbaycan arasında yaşanan ciddi gərginlik son bir aydır davam edir: “Bu proses AZAL-a məxsus təyyarənin vurulmasından sonra başladı.