Rusiya bu aeroportlarını müvəqqəti BAĞLADI

21.05.2025

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Ria.ru Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Vladimir, İvanovo və Kaluqa hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sözügedən hava limanları hazırda reysləri qəbul etmir və yola salmır. 

Qeyd edək ki, Rusiyanın bəzi ərazilərinə PUA hücumları davam edir. Bu gecə Rusiyanın üç bölgəsində Ukraynaya məxsus 32 pilotsuz uçuş aparatı vurulub. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью