Rusiya bu əraziləri işğal etmək üçün 1 milyon nəfər itirəcək Zelenski

29.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski "Al Jazeera" telekanalına müsahibəsində deyib ki, Rusiya dünyanın ən böyük ölkəsi olmasına (17 milyon kvadratkilometrdən çox) baxmayaraq, Ukraynadan 6 min kvadratkilometr ərazi istəyir.
Bizim.Media xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Moskva bu torpaqları ələ keçirmək üçün bir milyon canlı qüvvə səfərbər edəcək və bir o qədər də itki verəcək:
"Onlar bu insanlar haqqında düşünmürlər — onlar yalnız vaxt haqqında düşünürlər".
 

Zelenski vurğulayıb ki, Ukrayna üçün Donbas sadəcə ərazi deyil, həm də insanların müdafiəsi üçün qurulmuş mühüm müdafiə xətləridir.


Prezidentin fikrincə, Kiyev güzəştə gedərsə, Rusiya daha çoxunu tələb edəcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью