Rusiya bu əraziləri vurdu

27.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində yerləşən İzmail limanına zərbə endirib.

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hücum zamanı limanın hərbi yüklərin boşaldılması üçün istifadə olunan infrastruktur obyektləri hədəfə alınıb.

Məlumatda həmçinin limandakı yanacaq çənlərinin və hərbi təchizat daşıdığı bildirilən quru yük gəmisinin vurulduğu qeyd olunub.

Zərbənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью