Rusiya bu görüşdə bərabər səviyyədə deyil: Siyasi şərhçi

19.11.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Çinin Şençen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak çərçivəsində ABŞ prezidenti D.Tramp, Cin lideri Si Çinpin və Rusiya dövlət başçısı V.Putinin görüşü dünya gündəminin əsas nüzakirə mövzularından biridir. Rusiyalı təhlilçilər həmin üçlü görüşü "Yalta-2" konfransı kimi təqdim edərək təbliğat vasitəsinə çevrirlər və Rusiyanın rolunu şişirtməyə çalışırlar. Amma Rusiya bu görüşdə bərabər səviyyədə deyil".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Çin və ABŞ əsas oyunçu olaraq maraqlarının təmin edilməsi üçün danışılar aparacaqlar:
"Mən həmin görüşlərdən çox şeylər də gözləmirəm. Artıq təkqütblü dünyanın çoxqütblü dünyaya çevrildiyini düşünürəm. Rusiya Pekinin təsiri altındadır və onun dəstəyi olmasa çoxdan müharibəni uduzmuşdu. D.Tramp isə hələ də ABŞ-ı dünyanın hegomon tək gücü hesab edir və düşünmürəm ki, Pekinə asanlıqla güzəştlər etsin. Xüsusən də Yaxın Şərq və geostrateji məsələlərlə bağlı güzəşt limitləri elə də çox deyil. Digər tərəfdən maliyyə və texnoloji resurslara malik Avropanı nəzərə almadan dünyanın yenidən nüfuz dairəsinə salınması və bölüşdürülməsi mümkünsüzdür".
Əli Orucov qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi üzrə danışıqlarda Qərbin təhlükəsizlik, iqtisadi və siyasi maraqlarını nəzərə almadan uğurlu nəticələr əldə etmək çətindir:
"Ola bilər hansısa çox da beynəlxalq aləm üçün ciddi əhəmiyyət daşımayan razılaşmalar əldə edilsin. Çin və ABŞ anlayır ki, hər iki dövlət arasında iqtisadi müharibə və rəqabətin şiddətlənməsi ağır fəsadlara gətirib çıxarar. Ona görə də Rusiyanın buradan hansısa pay alacağını düşünülməsi sadəcə ümiddən başqa bir şey deyil".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью