Rusiya bu il Çinə neft və qaz nəqlini artıracaq

08.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada jurnalistlərə Rusiyanın Çinə enerji daşımaları ilə bağlı danışıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, "Sibirin Gücü" təbii qaz Boru kəmərinin bu il tam gücünə çatacağına bildirən Novak vurğulayıb: 

"Təbii qaz və neft daşımaları mütləq artacaq" .

Qeyd edək ki, ötən il Rusiya Çinə 108,5 milyon ton neft və 8,3 milyon ton LNG göndərib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью