Rusiya bu istiqamətdə boşluq yaratmağa çalışır

11.10.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Zaporojye istiqamətində mümkün hücum təhlükəsini görməzdən gəlmək olmaz.

Axar.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, "Aydar" batalyonunun sabiq tağım komandiri Yevgeni Dikiy deyib.

O qeyd edib ki, ruslar Ukrayna ordusunda şəxsi heyət çatışmazlığından xəbərdardırlar:

“Ukrayna komandanlığının fiziki olaraq ehtiyatı yoxdur və buna görə də, cəbhənin bir hissəsindən digərinə qüvvələri köçürməyə məcburdur.

Onlar bunu bilirlər və indi yoxlamağa çalışacaqlar. Dobropolda yaranan boşluğu doldurmaq üçün biz qüvvələri haradan çəkmişik? Ola bilsin ki, indi hesab edirlər ki, biz bu qüvvələri Zaporojyeden çıxarmışıq və bu yolla orada yeni bir boşluq açmağa cəhd göstərə bilərlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью