Rusiya bu kəməri vurdu: Azərbaycan qazı...

06.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya hərbçiləri Odessa vilayətində magistral qaz kəmərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində İzmail rayonunun Orlovka kəndi yaxınlığında “Orlovka-1/2” qazpaylayıcı stansiyası dağılıb.

Bildirilib ki, bu qaz kəməri vasitəsilə Ukrayna Yunanıstandan, Rumıniyadan, Türkiyə və Azərbaycandan da qaz alırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью