Rusiya bu məsələdə İrana dəstək olacaq Peskov

18.02.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiya İrana Nüvə Proqramı ilə bağlı problemlərin həllində kömək etməyə hazırdır".


Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


O həmçinin qeyd edib ki, Moskva İranla olan strateji əlaqələrini daha da gücləndirmək istəyir və bu çərçivədə nüvə proqramı ilə əlaqəli məsələlərin həllinə də yardım edəcək:


"Rusiya İranla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirmək niyyətindədir".


Qeyd edək ki, bu gün Rusiya və Amerika nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyad şəhərində danışıqlar aparır. İclasda Rusiyanı xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təmsil edir. 


Ülkər Abdurahmanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью