Rusiya bu məşhur şirkəti cərimələdi

05.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Apple” şirkəti Rusiyada bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Apple”a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə “Apple” şirkətini 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərdən “Google”, “TikTok” və “Telegram” kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью