Rusiya bu nəticə ilə qələbəsini elan edib sülh danışıqlarına başlayacaq AÇIQLAMA | Icma.az
Icma.az bildirir, Sfera.az portalına istinadən. Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir.
Belə ki, “Intelligence Online” saytının iddialarına görə, kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış qapalı təmaslarda Trampın andiçməsindən bir ay sonra, yəni fevralda Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib.
Sözügedən hadisələr fonunda, yaxın zamanlarda Ukrayna savaşı bitə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, qarşıdakı həftələrdə ABŞ və Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir: “ABŞ Ukrayna rəhbərliyinə qəbul etdirə bilib ki, danışıqlar dövründə Rusiyanın ələ keçirdiyi ərazilər üzərində nəzarətini tanısın.
Yəni sülh imzalanana qədər həmən bölgələr Rusiyanın əlində qalacaq.
Kiyev artıq “Rus qoşunları ərazilərimizi tərk etmədən danışıqlara başlamayacağıq” demir.
Yalnız bunun üçün təhlükəsizliyin təmin edilməsini istəyir. Rusiya isə başqa bir tələb irəli sürür.
Moskva istəyir ki, Kiyev NATO-ya üzv olmayacağı və bitərəfliyini qoruyacağı haqqında bəyanat versin, həmçinin Ukrayna Qərb və Rusiya arasında tərəfsiz bölgə olsun.
Tam oxu
Xəbəri oxu