Rusiya bu ölkələrə hücum edərsə: Qarşısını almaq üçün 3 PLAN

18.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Şimali Atlantika Alyansı (NATO)  Rusiyanin Baltikyanı ölkələrə mümkün hücumuna hazırlaşır. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb. Məlumatda bildirilir ki, NATO Rusiya qüvvələrinin Estoniya, Latviya və ya Litvaya hücum etməsi halında üç ehtiyat planı hazırlayıb: 

“Əsas məqsədlər hücumu dayandırmaq və Rusiya qüvvələrini mümkün qədər zəiflətməkdir”.

Birinci mərhələ raket və pilotsuz təyyarə hücumlarının qarşısını almaqdır. Bu məqsədlə NATO Rusiya raket sistemlərini məhv etmək üçün döyüş təyyarələri, raketlər və dronlardan istifadəni planlaşdırır. 

Əsas hədəflərdən biri çoxsaylı hava hücumundan müdafiə sistemlərinin və raket sistemlərinin yerləşdiyi Kalininqrad bölgəsi ola bilər.

Eyni zamanda, Rusiya və Belarusla sərhədlərdə "muxtar zona" yaradılması təklif olunur. Orada NATO qoşunları yerləşdirilməyəcək, irəliləyən Rusiya qüvvələrinə qarşı dronlar və yerüstü robot sistemləri yerləşdiriləcək. 

Növbəti mərhələdə NATO Rusiya ərazisinə zərbələr endirə bilər. Xüsusi qüvvələrə qoşun və avadanlıqların daşınması üçün istifadə olunan hərbi və logistika obyektlərini - aerodromları, müdafiə zavodlarını, körpüləri və dəmir yollarını məhv etmək tapşırılacaq. Alyans, həmçinin Vladimir Putinə qarşı çıxan rusiyalıların köməyinə ümid edir.

Bundan əlavə, NATO Rusiyaya dronlar və robotlar yerləşdirmək üçün "hava körpüsü" yaratmağı planlaşdırır. Bunlar aerodromlara və hərbi bazalara hücum etmək üçün nəzərdə tutulub. Alyansın Rusiya ərazisini ələ keçirməyi planlaşdırmadığı vurğulanır. Planların  məqsədi Rusiya qoşunlarını sərhədə geri oturtmaqdır:

“Qeyd etmək lazımdır ki, NATO bu planları gizli saxlamaq niyyətində deyil. Hərbi rəsmilərin sözlərinə görə, çəkindirmə planları yalnız düşmənin ittifaq ölkəsinə hücum edəcəyi təqdirdə nə ilə qarşılaşacağını əvvəlcədən bildiyi təqdirdə işə yarayır”.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью