Rusiya bu ölkəyə təbii qaz nəqlini dayandıracaq

29.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qazprom" 2025-ci il yanvarın 1-dən Moldovaya təbii qaz nəqlini dayandıracağını açıqlayıb.

Publika.az xəbər verir ki, açıqlamada Moldovanın idxal etdiyi Rusiya qazına görə borcunu ödəmədiyi bildirilib.

Həmçinin "Moldovagaz" şirkətinin "Qazprom" ilə müqavilə öhdəliklərini tez-tez yerinə yetirmədiyi diqqətə çatdırılıb:

“Bu kontekstdə müqavilə şərtlərinə əsasən, 1 yanvar 2025-ci il saat 08:00-dan (GST) etibarən "Qazprom" məhdudiyyətlər tətbiq edəcək. Şirkət Moldovaya hər il təxminən 2 milyard kubmetr təbii qaz göndərirdi”.

Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Rusiya ilə bir çox Avropa ölkələri arasında təbii qaz ticarəti dayanıb.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью