Rusiya bu raket buraxılış qurğularını İrana verir

05.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya İrana idarəolunan raketlər üçün nəzərdə tutulan 90 ədəd buraxılış qurğusu verməyə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Taysm” Qərb kəşfiyyatına istinadla məlumat yayıb.

“ABŞ Prezidenti Donald Trampın Moskvanın Tehrana dəstək vermək üçün heç bir addım atmadığı barədə son açıqlamalarına baxmayaraq, Rusiya və İran bu il Yaxın Şərqdəki müharibə fonunda əməkdaşlıqlarını daha da genişləndiriblər. İndi isə İran Rusiyadan 90 ədəd APU-L və APU-305 buraxılış qurğusu sifariş edib. Onlar Rusiyanın LMUR və ya “İzdeliye 305” kimi tanınan yüngül çoxməqsədli idarəolunan raketlərinin daşınması üçün nəzərdə tutulub. Bu, hərəkətdə olan hədəfləri məhv etmək qabiliyyətinə malik yüksək dəqiqlikli silahdır. APU-L və APU-305 qurğuları Rusiyanın Mi-28 helikopterlərinə quraşdırılır. İranın artıq bu tip helikopterləri var”, - məlumatda deyilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью