“Rusiya bu raketin sınaqlarını davam etdirəcək” Video

28.11.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Rusiya düşmənin fəaliyyətinə cavab olaraq “Oreşnik” raket kompleksinin döyüş sınaqlarını davam etdirəcək”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ukrayna dəfələrlə Moskva və Sankt-Peterburqda hədəflərə hücum etməyə cəhd edib.

Putin qeyd edib ki, buna cavab olaraq Baş Qərargah və Müdafiə Nazirliyi Ukrayna ərazisində “Oreşnik”lə vurula biləcək hədəfləri müəyyənləşdirir: “Bunlar Kiyevdə qərar qəbuletmə mərkəzləri, hərbi obyektlər, müdafiə sənayesi müəssisələri ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью