“Rusiya bu raketin sınaqlarını davam etdirəcək” VİDEO

28.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Rusiya düşmənin fəaliyyətinə cavab olaraq “Oreşnik” raket kompleksinin döyüş sınaqlarını davam etdirəcək”.

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Ukrayna dəfələrlə Moskva və Sankt-Peterburqda hədəflərə hücum etməyə cəhd edib.

Putin qeyd edib ki, buna cavab olaraq Baş Qərargah və Müdafiə Nazirliyi Ukrayna ərazisində “Oreşnik”lə vurula biləcək hədəfləri müəyyənləşdirir:

“Bunlar Kiyevdə qərar qəbuletmə mərkəzləri, hərbi obyektlər, müdafiə sənayesi müəssisələri ola bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью