Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Milad atəşkəsi ilə bağlı təklifi dəstəkləməyəcəyini açıqlayıb.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Peskov bildirib ki, Moskvanın mövqeyi hər kəsə bəllidir. Onun sözlərinə görə, Rusiya müharibənin həlli ilə nəticələnməyən ani qərarlara hazır deyil.
“Prezident Trampın da dediyi kimi, bizim mövqeyimiz hamıya məlumdur. Biz sazişə aparmayan addımları qəbul etmirik. Biz sülh istəyirik, lakin Ukraynanın müharibəni davam etdirməsi üçün atəşkəsə yox,” – deyə Kremlin sözçüsü vurğulayıb.
Şəbnəm