Rusiya bu təşkilatı arzuolunmaz elan etdi

19.05.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Baş Prokurorluğu "Beynəlxalq Amnistiya Təşkilatı"nın (Amnesty International) ölkədə "arzuolunmaz təşkilat" kimi tanınması barədə qərar qəbul edib.

BAKU.WS xəbər verir ki, Baş Prokurorluğun yayımladığı açıqlamada, təşkilatın Rusiyaya qarşı fəaliyyətlər həyata keçirdiyi və Ukraynanı dəstəklədiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, "Londonda qeydiyyatdan keçmiş beynəlxalq vətəndaş cəmiyyəti təşkilatı Amnesty International Limited-in Rusiyadakı fəaliyyəti arzuolunmaz elan edilib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью