Rusiya bu yaşayış məntəqələrini ələ keçirdi

15.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya hərbçiləri Donetks ərazisində yerləşən Stepanovka qəsəbəsini ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Rusiya ordusunun bölmələri Ukrayna silahlı qüvvələrinin müdafiəsinin dərinliklərinə hücum hərəkətini davam etdirərək Donetskin Stepanovka qəsəbəsini ələ keçirib.

Qeyd olunur ki, Rusiya hərbçiləri Stepanovka ilə yanaşı, Volçenka və Voznesenka yaşayış məntəqələrini də alıb.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью