Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin vurulmasında bütün sübutlar Rusiyanın günahkar olduğunu təsdiqləsə də, o, hələ də bunu qəbul etmir, üstəlik bu ölkənin mediası və deputatları tərəfindən Azərbaycan qarşı qeyri-etik ifadələr səslənir.
Bunun nəticəsi kimi də Rusiya Dövlət Dumasının bir deputatının Azərbaycana girişi qadağa edilib.
Bəs Rusiya öz səhvini etiraf edib təhdid kampaniyasından geri addım atacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı Ziyad Səmədzadə bildirdi ki, Rusiya Azərbaycanla olan zəngin tarixinə görə açıqlama verməlidir: "Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixi var.
Uzun illər əməkdaşlıq etmişik və bu əməkdaşlıq sürətlə inkişaf edirdi. İqtisadi əlaqələr güclənib.
Lakin təyyarə qəzasından sonra bu dayandı. Çox təəssüf ki, Rusiyanın müəyyən dairələri Azərbaycanın haqlı suallarına cavab verməkdən çəkindi
Hətta bizim ünvanımıza müəyyən xoşagəlməz sözlər deyildi. Mən bir ziyalı kimi, uzun illər Azərbaycan cəmiyyətində söz sahibi olan bir insan