Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın qızıl ehtiyatları iki il ərzində təxminən 142 milyard dollar artıb.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Mərkəzi Bankınnın hesabatlarına istinadla məlumat verib.
“2023-cü il oktyabrın 1-də saxlanılan qızıl külçələrin dəyəri 140,5 milyard dollar idisə, 2025-ci il oktyabrın 1-də artıq 282,1 milyarddır”, - məlumatda qeyd olunub.
Bildirilib ki, bu, qızılın qiymətlərinin bu müddət ərzində iki dəfədən çox artaraq hər troy unsiyası üçün 1800 dollardan 4300 dollara yüksəlməsi səbəbindən mümkün olub.