Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənilər də həmin yolu açmağa məcburdurlar, amma o yola Rusiyanın nəzarət etməsini istəmirlər.
Məsələ əsasən buna görə ləngiyir...” “Zəngəzur yolunun açılmasında xarici güclərdən ilk növbədə Rusiya maraqlıdır.
O istəyir ki, qatarları sovet dövründə olduğu kimi, Dağıstandan daxil olsun Azərbaycana, Azərbaycandan Araz boyu Zəngəzur yolu ilə Ermənistandan və Naxçıvandan keçməklə İrana daxil ola bilsinlər”.
Bunu Moderator.az əməkdaşının “Necə hesab edirsiz, mövcud geo-siyasi reallıqda daha çox hansı güc Zəngəzur dəhlizinin açılmasında maraqlıdır?” sualını cavablandırarkən politoloq Zərdüşt Əlizadə söyləyib.
“Yadımdadır ki, sovet vaxtı deyilən marşrut üzrə Moskva-Tehran reysi ilə hərəkət edən ayrıca vaqon var idi.
Hətta o zaman İranda sovet mütəxəssisi kimi işləyən qohumlardan birinin həyat yoldaşını Moskvadan həmin vaqonla Tehrana yola salmışdım.
Həmin yolu 1993-1994-cü illərdəki müharibə zamanı ermənilər sökdü.