“Rusiya bunu edəcək…” Makron narahatdır

25.09.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyada seçkilər keçirilib və indi Kreml bütün Donbası ələ keçirmək üçün səfərbərliyə gedəcək.

“AzPolitika” xəbər verir ki, belə bir bəyanatla Fransa Prezidenti Emmanuel Makron çıxış edib.

O iddia edib ki, "bir neçə əlamət" Rusiya hakimiyyətinin kütləvi şəkildə orduya çağırışa hazırlaşdığını göstərir.

"Bu, bizə tamamilə inandırıcı görünən bir ssenaridir. Onlar (Rusiya hakimiyyəti) (Dövlət Duması) seçkilərini gözləyirdilər. Seçki baş tutdu. İndi isə Rusiyanın bunu edəcəyi aydındır. Sual budur ki, onlar bunu elan edəcəklər, yoxsa hər şeyi ictimaiyyətə açıqlamadan keçirəcəklər", - deyə Fransa Prezidenti TF1 və France 2-yə verdiyi müsahibədə bildirib.

Makrona görə, səfərbərliyin yeni dalğası əsgər sayına görə birinci səfərbərliyə bənzəyə bilər.

"Həqiqətən də, bu gün tez-tez səsləndirilən və ən çox ehtimal olunan ssenari təxminən 300.000 nəfəri əhatə edir", - deyə o bildirib.

"Rusiyanın bu gün göndərdiyi siqnal budur: biz bütün Donbası ələ keçirmək üçün daha böyük qurbanlar verməyə hazırıq", - deyə Makron əlavə edib və Ukraynaya qarşı müharibədə 1,2 milyon insanın yaralandığını və öldüyünü vurğulayıb. Makron həmçinin qeyd edib ki, əgər hücumun hazırkı tempi davam edərsə, Rusiya Silahlı Qüvvələrinin buna nail olmaq üçün daha 1,5-2 il vaxta ehtiyacı ola bilər.

Daha əvvəl, avqust ayında “The Wall Street Journal”, “The New York Times” və “The Financial” Times qəzetləri Rusiya hakimiyyətinin ötən həftənin sonlarında keçirilən parlament seçkilərindən sonra mümkün yeni səfərbərliyə hazırlaşdığını bildirmişdilər. Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Baş Kəşfiyyat İdarəsi də bunu bildiriblər. Kremlə yaxın mənbələr isə “The Economist”-ə deyiblər ki, qüvvədə olan 2022-ci il fərmanı çərçivəsində yeni səfərbərlik həyata keçirilə bilər.

Bu fonda Rusiya hakimiyyəti yayın əvvəlindən bəri ən azı 18 dəfə Rusiyada yeni səfərbərliyin olmayacağını bildirib. Ötən cümə günü Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hökumətin ilin sonuna qədər orduya 300.000 nəfər cəlb etmək planının olmadığını deyib. Ondan əvvəl isə Dmitri Medvedev və Vladimir Putinin özü səfərbərlik barədə iddiaları rədd ediblər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью