Rusiya Byankanın mahnılarını qadağan etməyə çağırır...

25.08.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada "qeyri-ənənəvi dəyərlərin təbliği" və xaricdə konsertlər səbəbindən müğənni Byankanın (əsl adı Tatyana Lipnitskaya) mahnılarına qadağa qoyulmalıdır.

SİA-nın məlumatına görə, bunu Federal Antikorrupsiya Layihəsinin (FPBC) rəhbəri Vitali Borodin hesab edir.

O, bu fikri “Abzats” nəşrinə müsahibəsində bildirib.

Borodin hirslənib ki, “...ümumilikdə bir sənətçi kimi Byankaya qadağa qoyulmalıdır. Gah konsertlərlə Almaniyaya gedir, gah kişi orqanları haqqında mahnı oxuyur, gah səhnəyə yarıçılpaq çıxır".

O, bildirib ki, Federal Antikorrupsiya Layihəsi prokurorluqla əlaqə saxlayacaq ki, nəzarət qurumu müğənninin işini yoxlaya bilsin və lazım gələrsə, onun məsuliyyətə cəlb olunmasına kömək etsin.

Qeyd edək ki, aprel ayında Byanka Luqanskda konsert verməyi planlaşdırırdı, lakin LPR-də kütləvi tədbirlərə müvəqqəti qadağa qoyulduğu üçün tədbir təxirə salınmalı oldu.

...Bundan əvvəl Borodin musiqiçinin SSRİ xalq artisti Aleksandra Paxmutovanın yeni bəstələrini dəhşətli adlandırmasından sonra “Maşina Vremeni” rok qrupunun rəhbəri Andrey Makareviçi (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) Rusiya pasportundan məhrum etməyə çağırıb.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью