Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır. "İki tərəfin arasında münasibətlərin korlanması bütövlüklə Rusiya rəhbərinin günahıd
Çünki onlar Azərbaycana məxsus mülki təyyarənin qəzaya uğramasından sonra özlərini çox nalayıq apardılar və faktiki olaraq bildirdilər ki, o
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
O bildirib ki, Rusiya hazırda çalışır ki, Azərbaycanla proseslər dərinləşsin və ölkələr bir-birindən uzaqlaşsın: "İndiki vəziyyətdən belə aydın olur ki, Rusiya çalışır ki, bu proseslər dərinləşsin, sonra tərəflər bir qədər də bir-birindən uzaqlaşsınlar.
Təbii ki, biz Putinlə İlham Əliyevin Çində görüşünün şahidi olduq, təsadüfi bir görüş idi, Putin mətbuat konfransı əsnasında bu məsələyə münasibət bildirdi.
Əlbəttə ki, siyasətdə hər deyilən sözə inanmazlar. Mən elə düşünürəm ki, Putin o suala bədahətən cavab verdi”.
Siyasi şərhçi hesab edir ki, Rusiya vaxtında məsələlərin həllini dəyərləndirsəydi, indi münasibətlər pozulmazdı: "Bizim soyuq müharibə şəraitində olmağımızın özü anormaldır, çünki biz qonşu ölkələrik və bir-birimizdən maraqlarımız keçir, ortaq layihələr vasitəsilə böyük mənfəətlər əldə edirik və bunlardan keçmək olmaz.
Ona görə də hesab edirəm ki, Rusiya gərək vaxtında bu məsələlərin hamısını düzgün dəyərləndirərdi”.