Rusiya cəbhədə yeni taktikaya keçdi Analitik

21.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya qoşunları Ukraynada hücum taktikasını dəyişərək genişmiqyaslı hücumlar əvəzinə kiçik piyada qrupları ilə Ukrayna müdafiəsinin dərinliklərinə sızmağa çalışır.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Monstas təxəllüslü OSINT analitiki “X” sosial şəbəkəsində yazıb.
Analitikin sözlərinə görə, Rusiya hərbçiləri bu taktika ilə əraziləri nəzarətə götürməkdən daha çox Ukrayna ordusunu əks-hücuma təhrik etməyə çalışırlar. Məqsəd isə Ukrayna hərbçilərini dronlarla hədəfə almaqdır.

O bildirib ki, kiçik rusiyalı piyada qrupları atəş təmasından yayınaraq mümkün qədər irəliləyir, mövqelərdə gizlənir və uzun müddət sağ qalmağa çalışır. Bu taktika nəticəsində Rusiya xəritələrində faktiki nəzarətin olmadığı geniş “boz zonalar” yaranır.

Analitik yeni yanaşmanın effektivliyini şübhə altına alsa da, onun pilotsuz uçuş aparatlarının müharibədə artan rolu ilə əlaqəli olduğunu vurğulayıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью