Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Trampın “Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) proqramı Rusiyanın Cənubi Qafqazda əsas oyunçu kimi mövqeyini tədricən zəiflədir.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında bildirilir.
Qeyd olunur ki, bu yaxınlara qədər Moskva regionda özünü əsas və yeganə vasitəçi kimi təqdim etsə də, bundan sonra TRIPP ən azı 49 il ərzində fəaliyyətini və vaxtilə müharibə etmiş Ermənistanla Azərbaycan arasında rabitəni təmin edəcək.
Xatırlanır ki, TRIPP layihəsinə İranla sərhəd dəmir yolu xətti boyunca neft və qaz boru kəmərlərinin, fiber-optik şəbəkələrin, dəmir yolu və yol infrastrukturunun tikintisi daxildir. Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən Transxəzər marşrutunda "vacib bir əlaqə" olacaq. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Rusiyanın layihədə iştirakı Amerika və Ermənistan tərəfindən müzakirə olunmayıb.
Onu da xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yolunun hazırkı konsessiyaçısı olan Rusiya Dəmir Yollarına kvaziultimatum verərək, Azərbaycan və Türkiyə ilə sərhədlərə qədər zədələnmiş dəmir yollarının tez bir zamanda bərpasını təklif etmişdi. Baş nazir bildirmişdi ki, əks halda, bu, Ermənistanın hesabına ediləcək və bu da Rusiyanın regiondakı mövcudluğunu şübhə altına alacaq.
E. KAMAL