Rusiya Çerniqova hücum etdi: yaşayış binası vuruldu

16.03.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün axşam saatlarında Rusiya PUA-larının Ukraynaya növbəti kütləvi hücumu olub.

Axar.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Məlumata görə, iki “Şahid” PUA-sından biri Çerniqovda beşmərtəbəli yaşayış binasına zərbə endirib. Digər PUA isə iki fərdi evə ziyan vurub.

Çerniqov şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinski bildirib ki, partlayış yerində yanğın baş verib.

Zərbə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью