“Rusiya Çin münasibətləri qlobal məsələlərdə sabitləşdirici rol oynayır“ SİTA | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır. "Çin Rusiya və ABŞ arasında dialoqu dəstəkləyir və Ukrayna münaqişəsinin sülh yolu
Kreml mətbuat xidməti xəbər verir ki, Pekin bu dialoqu dəstəklədiyini ifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
"Kreml bildirir ki, Vladimir Putin Çin Xalq Respublikasının sədrinə son dövrlərdə baş tutan Rusiya-Amerika təmasları barədə məlumat verib.
Çin tərəfi Rusiya və ABŞ arasında başlanmış dialoqu dəstəklədiyini və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün yolların axtarışına kömək etməyə hazır olduğunu bildirib".
Si Tszinpin qeyd edib ki, Çin Rusiyanın və digər maraqlı tərəflərin Ukrayna münaqişəsinin gərginliyini azaltmaq üçün göstərdiyi səyləri görməkdən məmnundur.
Müzakirə olunan mövzular Putin və Si Tszinpin arasında uzun telefon danışığı zamanı Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığının inkişafı ilə bağlı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, iqtisadiyyat, ticarət, investisiya, mədəniyyət, təhsil və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlıq müzakirə olunub.
Tam oxu
Xəbəri oxu