Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 185 milyard dolları keçib
Doğru.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28,4 faiz artaraq 185,047 milyard dollara çatıb.
Hesabat dövründə Çinin Rusiyaya ixracı 84,675 milyard dollar təşkil edib və 30,7 faiz artıb. Rusiyanın Çinə ixracı isə 26,5 faiz yüksələrək 100,372 milyard dollara çatıb.
Avqust ayında iki ölkə arasında ticarət dövriyyəsi 25,603 milyard dollar olub. Bu məbləğin 13,752 milyard dolları Rusiyanın Çinə, 11,851 milyard dolları isə Çinin Rusiyaya ixracının payına düşüb.
Qeyd edək ki, Rusiya ilə Çin arasında ticarətin 2026-cı ildə sürətlə artdığı daha əvvəl açıqlanan yarımillik göstəricilərdə də öz əksini tapıb.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri ilə ticarət dövriyyəsinin 2025-ci ildə 400 milyard dolları keçdiyini bildirib və ŞƏT çərçivəsində ticarətin genişləndirilməsini əsas vəzifələrdən biri kimi göstərib.
DOĞRU.AZ