Rusiya Çinə enerji ixracını artırır

17.04.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Moskva və Pekin Rusiyanın enerji resurslarının Çinə tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Bakupost.az xəbər verir ki, TASS bu barədə Rusiyanın Energetika Nazirliyinə istinadən bildirib.

Pekində Rusiyanın energetika naziri Sergey Tsivilev və Çinin Dövlət Enerji Administrasiyasının rəhbəri Van Hunçji arasında görüş keçirilib.

"Görüşün əsas mövzusu Rusiyanın enerji resurslarının Çinə tədarükünün genişləndirilməsi perspektivləri olub", - məlumatda deyilir.

İclas iştirakçıları birgə LNG layihələrinin həyata keçirilməsi və kömür ixracı imkanlarını da nəzərdən keçiriblər.

Zaur,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью