Rusiya Çinin ABŞ sanksiyalarını tətbiq etməmək qərarını DƏSTƏKLƏDİ

07.05.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Çinin ABŞ tərəfindən tətbiq edilən sanksiyaları tanımamaq və icra etməmək qərarını alqışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Çin hökumətinin bu addımı qanunsuz sanksiyaların tətbiqinin qarşısını almağa yönəlib və Moskva tərəfindən tamamilə haqlı hesab olunur.

Bundan əvvəl Çin Ticarət Nazirliyi İranla neft ticarəti ilə bağlı ittiham olunan beş Çin neft-kimya şirkətinə qarşı ABŞ sanksiyalarının ölkə daxilində tanınmasını və icrasını qadağan etmişdi.

Rusiya rəsmisi bu qərarın beynəlxalq hüququn müdafiəsi baxımından mühüm addım olduğunu vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью