Rusiya “Coca Cola”nı Taliban vasitəsilə alır

12.02.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban Rusiya Federasiyasına qazlı içki tədarükçüsünə çevrilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Jirnovun sözlərinə görə, Əfqanıstan Rusiyaya qazlı içkilər, enerji içkiləri, ədviyyatlar və plov üçün qazanlar verir.

Müharibənin başlaması ilə Rusiya Federasiyasını tərk edən içkilər arasında “Coca-Cola”, “Sprite” və “Fanta” markaları yer alıb.

“Coca-Cola” şirkətinin Rusiyadakı fəaliyyəti 2022-ci ilin martında dayandırılıb.

Ötən ilin iyul ayına qədər “Coca-Cola HBC Eurasia” MMC-nin adı dəyişdirilərək “Multon Partners” olub və bazara orijinal kola əvəzinə “Dobry Cola” brendi daxil edilib.

Müharibənin 3 ili ərzində Rusiyada “Coca-Cola” təxminən 4 dəfə bahalaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью