Rusiya Cüdo Federasiyasının prezidenti “Peacemaker” siyahısına düşdü

15.12.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik Ukrayna millətçi saytı olan “Peacemaker”–ın məlumat bazasına daxil edilib.

Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti resursu saytın məlumatlarına istinadən məlumat yayıb. Bildirilir ki, siyahı müəllifləri 60 yaşlı məmuru guya “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa cəhd etməkdə” ittiham ediblər.

Soloveyçikin verilənlər bazasına daxil edilməsi onun 5-7 noyabr tarixlərində Samarada keçirilmiş “Rusiya – İdman Gücü” forumunda iştirakı ilə izah olunur.

Qeyd olunur ki, əvvəllər verilənlər bazasında 25 rusiyalı uşaq, eləcə də rusiyalı futbol və basketbolçular haqqında məlumatlar yer alıb.

Xatırladaq ki, “Peacemaker” saytı ekstremist təşkilat kimi tanınıb və Rusiyada qadağandır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью