GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiyanın TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə qoşulmasını absurd hesab edirəm. Çünki bu layihə Amerika-erməni işidir, əgər proses çərçivəsində hansısa yolun açılmasından söhbət gedərsə, o zaman ayrıca təşəbbüs ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Simonyan Rusiyaya səfəri çərçivəsində bu ölkənin TRIPP-ə qoşulması ehtimalının müzakirə olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb.
“Bu, layihənin tezliklə həyata keçirilməsini əngəlləmək üçün mümkün olan hər şeyi etmək demək olardı”.
Qeyd edək ki, Alen Simonyan 5-6 fevral tarixlərində Moskvaya səfər edəcək.
Əliyar Xəlil
Globalinfo.az