Rusiya daha 3 yaşayış məntəqəsini ələ keçirdi

30.11.2024

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya hərbçiləri Donetskin Jeltoye, Pustinka və Razdolnoye qəsəbələrini ələ keçiriblər.

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq layihəsi məlumat yayıb.

"Düşmən Jeltoye, Pustinka və Razdolnoyeni tutdu, həmçinin İlyinka, Novodonetsk, Trudovo, Puşkino və Kuraxovo yaxınlığında irəlilədi", - məlumatda deyilir.

Ukrayna Baş Qərargahının məlumatına görə, Pokrovski, Kuraxovski və Vremovski istiqamətlərində vəziyyət gərgindir:

"Ruslar əsas hücum qüvvələrini həmin əraziyə cəmləşdirirlər. Bundan əlavə, onlar Liman və Kupyansk istiqamətində aktiv şəkildə hücuma keçirlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью