Rusiya daha bir beynəlxalq təşkilatdan kənarda qaldı

29.11.2025

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiya daha bir beynəlxalq təşkilatdan kənarda qalıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya 169 səsdən 87 səs toplayaraq BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) Şurasına üzv ola bilməyib.
"İMO-nun 176 üzvündən 169-nun iştirak etdiyi səsvermənin nəticələrinə əsasən, Rusiya Federasiyası Şuraya seçilməyib. Ölkəmiz 87 səs toplayıb",-deyə Bu, səs verən ölkələrin yarıdan çoxu, 2023-cü ildə keçirilən əvvəlki seçkidən yeddi səs çox olub", -deyə Rusiya Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, İMO-nun ali orqanı olan Assambleyanın 34-cü iclası noyabrın 24-dən dekabrın 3-dək keçirilir. İclaslar iki ildən bir keçirilir və aralıqda cari məsələlər İMO-nun 40 üzvündən ibarət Şurada müzakirə olunur.
Cavid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью