Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətində İlyinka yaşayış məntəqəsini nəzarətə götürüb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin bölmələri "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Kuraxovsk rayonu istiqamətində İlyinka yaşayış məntəqəsini azad edib", - deyə bildirilib.
Bundan əlavə, məlumatda Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına və pilotsuz uçuş aparatlarının anbarlarına zərbələr endirdiyi bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.