“Rusiya danışıqlar prosesini uzatmağa çalışır” Zelenski

18.02.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya danışıqlar prosesini uzatmağa çalışır, halbuki, danışıqlar artıq yekun mərhələdə ola bilərdi.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Rusiya-Ukrayna danışıqlarını şərh edərkən qeyd edib.

O bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb.

“Mən Ukrayna heyətinə aydın şəkildə göstəriş verdim ki, danışıqların məhsuldar olması və sülhün bərqərar edilməsi ehtimalının artırılması üçün nə mümkündürsə edilsin. Bu gün həm də, humanitar məsələlər müzakirə olunacaq. Müharibə girovlarının mübadiləsi və mülki şəxslərin azad edilməsindən söhbət gedir”, - Zelenski bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью