Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Ukrayna münaqişəsi ilə bağlı sülh danışıqlarında iştirak etməməlidir.
Axar.az xəbər verir ki, bunu Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson deyib.
“Avropada müharibəyə son qoymaq üçün danışıqlar zəruridir. Lakin bu danışıqlar ədalətli və davamlı sülhün əldə olunmasına həqiqətən töhfə verməlidir. Bu müharibəni başladan və davam etdirən tərəf kimi Rusiyanın danışıqlar masası arxasında yeri olmamalıdır”, - Mihkelson bildirib.