Rusiya: “Danışıqları pozmaq cəhdləri var” VİDEO

26.07.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az bildirir ki, TŞ-nin iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski belə açıqlama verib.
“Biz Ukrayna münaqişəsinin diplomatik yolla həlli yollarının axtarışına xələl gətirən hərəkətlərin, o cümlədən İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlar trekini pozmaq cəhdlərinin müzakirəsinə diqqət yetirməyi təklif edirik”, - rusiyalı diplomat deyib.
BMT TŞ-nin üzvlərinə müraciətində Polyanski Moskvanın çoxdan və ardıcıl şəkildə Ukrayna böhranının diplomatiya yolu ilə həllini təklif etdiyini söyləyib.
- Ancaq ukraynalıların əli ilə Rusiyaya qarşı döyüşməyə hazır olduğunuz üçün bu sizi qane etmir. Onların sayının getdikcə azalması sizi qətiyyən narahat etmir. Rusiya bu ölkənin demilitarizasiyası çərçivəsində Kiyev rejiminin hərbi infrastrukturunu məhv etməyə israrlıdır ki, bu da bizim xüsusi hərbi əməliyyatımızın məqsədlərindən biridir”, - Polyanski bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Böyük Britaniyanın Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşmasının qarşısını almaq üçün danışıqları pozmaq istədiyini açqıalyıb.
“Mən, Londonun lazım gələrsə, asanlıqla Vaşinqtonun kürəyinə bıçaq sancacağına inanıram. Düşünürəm ki, Ağ Ev hansı “müttəfiq”lə iş gördüyünü anlayır. London bununla da Vaşinqtonun Ukraynaya hərbi dəstəyi davam etdirməkdən potensial imtinasının qarşısını almaq istəyir”, - Vladimir Putinin köməkçisi iddia edib.
Eyni zamanda, Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKK) bildirib ki, Böyük Britaniya və Ukrayna Baltik dənizində ABŞ Hərbi Dəniz qüvvələrinə (HDQ) məxsus gəmiyə hücum təşkil edən birgə təxribat hazırlayır.
Bu cür təxribatçı fəaliyyətlərin əsas məqsədləri Ukrayna münaqişəsini gərginləşdirmək, Rusiya-Amerika danışıqlar prosesini pozmaq və Ağ Evi Kiyevə tammiqyaslı hərbi yardımın davam etdirilməsi zərurətinə inandırmaqdır.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью