Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
NATO-nun baş katibi Mark Rutte Ukraynaya qarşı döyüşlərdə Rusiya ordusunun dekabr ayı ərzində təxminən 30 min hərbçi itirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, Dünya İqtisadi Forumunda çıxışı zamanı danışıb. Məlumatı alyansın mətbuat xidməti yayıb.
Ruttenin sözlərinə görə, dekabr ayında Rusiya ordusu gündə orta hesabla 1000 nəfər itirib və söhbət ağır yaralılardan deyil, həlak olanlardan gedir. O bildirib ki, bu rəqəm ay ərzində 30 mindən çox itki deməkdir. Müqayisə üçün NATO baş katibi xatırladıb ki, 1980-ci illərdə Sovet ordusu Əfqanıstanda 10 il ərzində təxminən 20 min hərbçi itirmişdi, hazırda isə Rusiya bu qədər itkini cəmi bir ayda verir.
Buna baxmayaraq, Mark Rutte qeyd edib ki, Rusiya qoşunları hücumları gücləndirməkdə davam edir. Bu səbəbdən NATO-nun Ukraynanın müdafiəsini diqqətdən kənarda qoymamalı olduğunu vurğulayıb.
NATO baş katibi həmçinin bildirib ki, Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avro məbləğində yardım yalnız mart, aprel və may aylarında əlçatan olacaq, yəni bunun üçün zamana ehtiyac var.
Rutte əlavə edib ki, hazırda Ukraynanın kifayət qədər hava hücumundan müdafiə vasitələri, xüsusilə də raket tutucuları çatışmır, eləcə də Kiyevin ehtiyac duyduğu bəzi ABŞ istehsalı hərbi avadanlıqlar artıq Avropada mövcud deyil.
“Ukraynalıların dəstəyə ehtiyacı var. Bəli, sülh sazişinin imzalanması yaxşı olardı və hamı bunun üzərində işləyir”, – deyə NATO-nun baş katibi bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az